AZ

Fənərbaxça Qalatasaray oyunu sonrası gözlənilməz an

Milli.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Atatürk Olimpiya Stadionunda keçirilən Türkiyə Superkubokunun finalında Türkiyənin iki əzəli rəqibi - "Qalatasaray" və "Fənərbaxça" üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın sonunda "Qalatasaray"ı 2-0 hesabı ilə məğlub edən "Fənərbaxça" kuboku muzeyinə aparmağı bacarıb. Lakin matçın nəticəsindən daha çox, oyunun sonunda yaşanan dostluq mənzərəsi gündəmə damğa vurub.

Milli.Az xəbər verir ki, "Sarı-lacivərdlilər"ə çempionluğu gətirən qollar komandanın legionerlərindən gəlib. Fransalı yarımmüdafiəçi Matteo Guendouzi və müdafiəçi Jayden Oosterwoldenin vurduğu qollar "Fənərbaxça" azarkeşlərinə böyük sevinc bəxş edib. Bu qalibiyyətlə komanda mövsümün ən mühüm titulllarından birini qazanmış olub.

Matçın final fitindən dərhal sonra "Qalatasaray"ın baş məşqçisi Okan Buruk rəqib komandanın məşqçisi Domeniko Tedeskonun yanına gedib. Məğlubiyyətə baxmayaraq, Buruk italyan mütəxəssisi qucaqlayaraq onu qələbə münasibətilə səmimi qəlbdən təbrik edib. Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
7
news.milli.az

8Mənbələr