BAKI, TurkicWorld
Avropa İttifaqı Suriyanın Hələb şəhərində və ətrafında hərbi əməliyyatlara son qoyulması, mülki şəxslərin hər zaman qorunması və humanitar yardıma daha asan çıxışın təmin edilməsinə çağırıb.
TurkicWorld-un məlumatına görə, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsi bildirib.
"Bütün tərəfləri elan edilən atəşkəsi tətbiq etməyə və siyasi həll yolu tapmaq üçün təcili olaraq siyasi dialoqa qayıtmağa çağırırıq", - deyə bəyanatda bildirilib.
Sənəddə qeyd olunub ki, ölkə daxilində sabitliyə nail olmaq "bütün suriyalıların istəklərinə cavab verən davamlı və inklüziv keçidin təmin edilməsində əsas elementdir".