AZ

Aİ Suriyadakı münaqişə tərəflərini atəşkəsə riayət etməyə çağırıb.

Bakı. Trend:

Avropa İttifaqı Suriyanın Hələb şəhərində və ətrafında hərbiəməliyyatlara son qoyulması, mülki şəxslərin hər zaman qorunması vəhumanitar yardıma daha asan çıxışın təmin edilməsinə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Avropa Xarici FəaliyyətXidmətinin rəsmi nümayəndəsi bildirib.

"Bütün tərəfləri elan edilən atəşkəsi tətbiq etməyə və siyasihəll yolu tapmaq üçün təcili olaraq siyasi dialoqa qayıtmağaçağırırıq", - deyə bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, ölkə daxilində sabitliyə nail olmaq"bütün suriyalıların istəklərinə cavab verən davamlı və inklüzivkeçidin təmin edilməsində əsas elementdir".

Seçilən
38
1
az.trend.az

2Mənbələr