AZ

Ora baş məşqçi təyin olundu

“Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq futbolçusu Zurab Xizanişvili ölkəsi Gürcüstanda baş məşqçi təyin olunub.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis U-19 yığmasının sükanı arxasına keçib.

Daha əvvəl Gürcüstanın U-21 və əsas millisində köməkçi məşqçi, U-16-da isə baş məşqçi kimi fəaliyyət göstərmiş Xizanişviliyə Gürcüstan Futbol Federasiyasının inamı artıb. Bunun nəticəsidir ki, o, U-19 millisinin baş məşqçisi təyin edilib.

Xizanişvili baş məşqçi kimi ilk beynəlxalq təcrübəsini martda keçəcək. Onun komandası Avropa çempionatının seçmə mərhələsində İslandiya və Monteneqro seçmələri ilə qarşılaşacaq.

Zurab Xizanişvili 2015-2017-ci illərdə ölkəmizdə “Keşlə”nin formasını geyinib. Zəngin karyeraya malik sabiq müdafiəçi əsasən İngiltərədə çıxış edib.

Seçilən
31
1
sportinfo.az

10Mənbələr