“Amasiya” İdman Sağlamlıq Kopleksinin nəzindəki “Kudo” bölməsinin baş məşqçisi Şirxan İsmayılov dünyasnı dəyişib.
Əvvəllər boks və karate ilə məşğul olan İsmayılov bu növlər üzrə müxtəlif yarışlarda iştirak edərək uğurlu nəticələr qazanıb.
Şirxan İsmayılov həmçinin 2005-ci ildə dünyanın ən güclü kudoçularının iştirakı ilə keçirilən dünya çempionatında bütün rəqiblərini qabaqlayaraq çempion adına yiyələnib.
Bundan başqa, İsmayılovun bir çox tələbəsi müxtəlif yarışlarda yüksək yerlərdən birinə sahib çıxıb.
Şirxan İsmayılov dekabrın 31-də ürəktutmasından dünyasını dəyişib.
Allah rəhmət elsin!.