AZ

Türkiyənin yardım gəmisi Sudana yola salındı

Türkiyənin yardım gəmisi Mersin limanından Sudana yola salınıb.

Publika.az xəbər verir ki, bununla bağlı Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" sosial şəbəkəsində paylaşım edib.

Yolasalma mərasiminə AFAD rəhbərliyi, Mersin valisi, millət vəkilləri və Qətər İnkişaf Fondunun nümayəndələri qatılıblar.

Gəmidə ərzaq, geyim, sığınacaq, gigiyena və tibbi ləvazimatlardan ibarət təxminən 2 600 ton humanitar yardım var. Yardım gəmisi "Port Sudan" limanına doğru yola çıxıb.

Seçilən
67
2
publika.az

3Mənbələr