ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Türkiyə və Qətər “Yaxşılıq yolunda birlikdə” şüarı ilə Sudana humanitar yardım gəmisi göndərəcək.
525.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, yardım əməliyyatı AFAD (Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi) və Qətər İnkişaf Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Məsələ ilə bağlı Qətərin Türkiyədəki səfirliyindən verilən açıqlamada deyilir:
“Sudan Respublikasına humanitar yardım gəmisinin yola salınması proqramının gəminin gəlişi və əməliyyatların tamamlanmasından asılı olaraq 9 yanvar 2026-cı il cümə səhəri və ya 10 yanvar 2026-cı il şənbə günü səhər Mersin limanında keçirilməsi planlaşdırılır”.
İbrahim Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.