Bakı. Trend:
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davametməkdədir.
Trend-inməlumatına görə, növbəti yarış günündə sərbəst güləş üzrə 57, 65,74, 86 və 97 kq çəki dərəcələrində qaliblər və mükafatçılar müəyyənolunub.
57 kq-da İslam Bazarqanov final görüşündə Vasif Bağırovu məğlubedərək Azərbaycan çempionu adını qazanıb. Məhəmməd İsmayılov vəElman Ağayev isə bürünc medallara layiq görülüblər.
65 kq çəki dərəcəsində Rəşid Babazadə finalda Musa Ağayeviüstələyərək ölkə çempionu olub. Bu çəkidə bürünc medalları ƏliRəhimzadə və Murad Haqverdiyev əldə ediblər.
74 kq-da Turan Bayramov final qarşılaşmasında Ağanəzər Novruzovuməğlub edərək çempionluğa yüksəlib. Bürünc medallar Nurlan Ağazadəvə Musa Verdiyevə nəsib olub.
86 kq-da Arseniy Djioyev həlledici görüşdə Orxan Abasovdan üstünolub. Bürünc mükafatlar Əşrəf Aşırov və Nəsib İsayevə qismətolub.
97 kq çəki dərəcəsində isə Maqomedxan Maqomedov finalda OsmanNurmaqomedovu məğlub edərək Azərbaycan çempionu adına sahib çıxıb.Zəfər Əliyev və Abdulcəlil Şabanov bürünc medallarlakifayətləniblər.