AZ

Sərbəst güləş üzrə Azərbaycan çempionatında günün qalibləri məlum olub - FOTO

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı davam edir.

İdman.Biz bildirir ki, növbəti yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.

57 kq-da Azərbaycan çempionu İslam Bazarqanov finalda Vasif Bağırova qalib gələrək çempion olub.
Muhəmməd İsmayılov və Elman Ağayev bürünc medallara yiyələniblər.

65 kq-da Rəşid Babazadə Azərbaycan çempionu adını qazanıb. Finalda onun rəqibi Musa Ağayev olub. Bürünc medallara Əli Rəhimzadə və Murad Haqverdiyev sahib olublar.

74 kq-da Azərbaycan çempionu Turan Bayramovdur. O, finalda Ağanəzər Novruzovdan üstün olub. Bürünc medallara Nurlan Ağazadə və Musa Verdiyev sahib çıxıblae.

86 kq-da Arseniy Djioyev finalda Orxan Abasovu məğlub edib. Bürünc medallar Əşrəf Aşırov və Nəsib İsayevə qismət olub.

97 kq-da Maqomedxan Maqomedov Osman Nurmaqomedovu üstələyərək çempion adını qazanıb. Zəfər Əliyev və Abdulcəlil Şabanov isə bürünc medallarla kifayətləniblər.

İdman.Biz
Seçilən
38
2
idman.biz

5Mənbələr