AZ

Şamaxıda zəlzələdən sonra son vəziyyət açıqlandı RƏSMİ

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.

Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bu gün yerli vaxtla saat 18:55-də qeydə alınıb. 3,8 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
77
16
globalinfo.az

10Mənbələr