Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb.
Publika.az xəbər verir k, bu barədə AZƏRTAC-a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.
Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.