AZ

Daha bir gəmi Gürcüstan sularında saxlanıldı 

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Sahil Mühafizəsi Panama bayrağı altında üzən "Caminero" tankerini naviqasiya qaydalarını pozduğuna görə saxlayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi məlumat verib.

"Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin əməkdaşları Gürcüstanın ərazi sularında Panama bayrağı altında üzən "Caminero" tankerini naviqasiya qaydalarını pozduğuna görə saxlayıblar", - deyə açıqlamada bildirilir.

Qeyd edilib ki, Türkiyə vətəndaşı olan tanker kapitanına qarşı naviqasiya qaydalarını pozduğuna görə 114-cü maddə ilə inzibati iş başlanılıb. Kapitan 15.000 lari (təxminən 5500 dollar) məbləğində cərimə olunub. Cərimə ödənildikdən sonra gəminin sərbəst üzməsinə icazə veriləcək. 

Seçilən
48
1
bakivaxti.az

4Mənbələr