AZ

Panama bayrağı altnda üzən tanker Gürcüstanın ərazi sularında saxlanılıb

Gürcüstanın ərazi sularında Panama bayrağı altında üzən tanker naviqasiya qaydalarını pozduğuna görə saxlanılıb.

“İki sahil” xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin əməkdaşları ölkənin ərazi sularında naviqasiya qaydalarını pozduğuna görə Panama bayrağı altında üzən "CAMINERO" tankerini saxlayıblar.

Sərhəd Polisinin yaydığı məlumata görə, araşdırma nəticəsində Türkiyə vətəndaşı olan gəmi kapitanı barəsində Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsinin 1-ci hissəsinin "e" yarımbəndinə əsasən inzibati icraat başlanılıb.

Bildirilib ki, kapitan dövlət büdcəsi xeyrinə 15 min lari məbləğində cərimələnib. Cərimə ödənildikdən sonra tankerə sərbəst üzməsinə icazə verilib.

Seçilən
49
2
ikisahil.az

4Mənbələr