"Araz-Naxçıvan" yoxlama matçı keçirib.
"Football-plus.az" xəbər verir ki, Andrey Demçenkonun komandası əvəzedici heyətlə qarşılaşıb. Matçda əsas komanda 7:0 hesablı qələbə qazanıb.
Qolları Ba-Muaka Simakala, Coşqun Diniyev, Hamidu Keyta, Ülvi İsgəndərov, Slavik Alxasov, Ramon Maçado və Bar Kohen vurub.
Xatırladaq ki, “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edib. Komanda qış fasiləsini Bakıda keçirir. Hazırlıq prosesi zamanı daha 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta