AZ

Araz Naxçıvan dan 7 qollu qələbə

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Araz-Naxçıvan"dan 7 qollu qələbə

"Araz-Naxçıvan" qış fasiləsindən yararlanaraq yoxlama matçı keçirib.

QOL.az xəbər verir ki, Andrey Demçenkonun komandası əvəzedici heyətlə qarşılaşıb. Matçda əsas komanda 7:0 hesablı qələbə qazanıb.

Qolları Ba-Muaka Simakala, Coşqun Diniyev, Hamidu Keyta, Ülvi İsgəndərov, Slavik Alxasov, Ramon Maçado və Bar Kohen vurublar.

Qeyd edək ki, dekabrın 21-də “Şamaxı” ilə keçirilmiş oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edib. Komanda qış fasiləsini Bakıda keçirir. Hazırlıq prosesi zamanı daha 2 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
3
qol.az

4Mənbələr