AZ

"Qəbələ" "Kəpəz"ə qalib gəldi

Qış hazırlığını davam etdirən "Qəbələ" və "Kəpəz" komandaları bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Paralel.az xəbər verir ki Qəbələ şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.

"Qəbələ"nin qollarını Domi Massoumou, İsmaheel Akinade və Qədir Ramazanov vurub. "Kəpəz"də isə Ryonosuke Ohori fərqlənib.

Qeyd edək ki, yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək "Qəbələ", ayın 18-də “Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq. "Kəpəz" isə yanvarın 17-də Yevlaxda “Karvan-Yevlax”la üz-üzə gələcək.

Seçilən
19
4
paralel.az

5Mənbələr