AZ

"Qəbələ" "Kəpəz"i məğlub etdi

"Qəbələ" və "Kəpəz" bu gün yoxlama oyununda üz-üzə gəlib.

"Football-plus.az" xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1.

"Qəbələ"nin qollarını Domi Massoumou, İsmaheel Akinade və Qədir Ramazanov vurub. "Kəpəz"də isə Ryonosuke Ohori fərqlənib.

Xatırladaq ki, yanvarın 14-ü “Araz Naxçıvan”la üz-üzə gələcək "Qəbələ" 18-də“Baku Sportinq”lə matçda qüvvəsini sınayacaq. "Kəpəz" isə yanvarın 17-də Yevlaxda “Karvan-Yevlax”la üz-üzə gələcək.

Seçilən
16
4
football-plus.az

5Mənbələr