AZ

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Bakı. Trend:

Bu həftə ərzində "Azeri Light CIF", "Azeri Light FOB Ceyhan","Dated Brent" və “Urals” markalı neftin orta qiymətləri artıb.

Trend xəbərverir ki, Azərbaycanda “Azəri–Çıraq–Günəşli” yatağında hasil edilən"Azeri Light CIF" markalı neftin orta qiyməti ötən həftə iləmüqayisədə 0.79 ABŞ dolları və ya 1.21 faiz artaraq bir barel üçün66.06 ABŞ dolları təşkil edib.

Həftə ərzində bir barel üçün ən yüksək qiymət 68.51 ABŞ dolları,minimal qiymət isə 64.60 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalıneftin orta qiyməti bir barel üçün 64.25 ABŞ dolları təşkil edibki, bu da ötən həftə ilə müqayisədə 0.89 ABŞ dolları və ya 1.4 faizçoxdur. Həftə ərzində maksimal qiymət 66.65 ABŞ dolları, minimalqiymət isə 62.80 ABŞ dolları olub.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə0.52 ABŞ dolları və ya 1.57 faiz artaraq bir barel üçün 33.72 ABŞdolları səviyyəsində olub. Həftə ərzində ən yüksək qiymət 35.93 ABŞdolları, minimal qiymət isə 32.33 ABŞ dolları təşkil edib.

"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 63.24ABŞ dolları olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 1.1 ABŞdolları və ya 1.78 faiz çoxdur. Həftə ərzində bu markalı neftinmaksimal qiyməti 65.48 ABŞ dolları, minimal qiyməti isə 61.89 ABŞdolları təşkil edib.

Neft / tarix

05.01.2026

06.01.2026

07.01.2026

08.01.2026

09.01.2026

Orta qiymət

Azeri LT CIF

$65.80

$65.73

$64.60

$65.64

$68.51

$66.06

Azeri Light FOB Ceyhan

$63.96

$63.99

$62.80

$63.86

$66.65

$64.25

Urals (EX NOVO)

$33.54

$33.47

$32.33

$33.33

$35.93

$33.72

Dated Brent

$62.96

$62.92

$61.89

$62.93

$65.48

$63.24

Məqalədə:
Seçilən
94
1
az.trend.az

9Mənbələr