Bakı. Trend:
Bu həftə ərzində "Azeri Light CIF", "Azeri Light FOB Ceyhan","Dated Brent" və “Urals” markalı neftin orta qiymətləri azalıb.
Trend xəbərverir ki, Azərbaycanda “Azəri–Çıraq–Günəşli” yatağında hasil edilən"Azeri Light CIF" markalı neftin orta qiyməti ötən həftə iləmüqayisədə 0.89 ABŞ dolları və ya 1.34 faiz azalaraq bir barel üçün65.27 ABŞ dolları təşkil edib.
Həftə ərzində ən yüksək qiymət bir barel üçün 65.71 ABŞ dolları,minimal qiymət isə 64.12 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalıneftin orta qiyməti bir barel üçün 63.36 ABŞ dolları təşkil edibki, bu da ötən həftə ilə müqayisədə 0.72 ABŞ dolları və ya 1.12faiz azdır. Həftə ərzində maksimal qiymət 63.92 ABŞ dolları,minimal qiymət isə 62.28 ABŞ dolları olub.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə0.94 ABŞ dolları və ya 2.75 faiz azalaraq bir barel üçün 33.20 ABŞdolları səviyyəsində olub. Həftə ərzində ən yüksək qiymət 33.71 ABŞdolları, minimal qiymət isə 31.89 ABŞ dolları təşkil edib.
"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 62.14ABŞ dolları olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 0.88 ABŞdolları və ya 1.4 faiz azdır. Həftə ərzində bu markalı neftinmaksimal qiyməti 62.56 ABŞ dolları, minimal qiyməti isə 60.98 ABŞdolları təşkil edib.
Neft / tarix | 29.12.2025 | 30.12.2025 | 31.12.2025 | 01.01.2026 | 02.01.2026 | Orta qiymət |
Azeri LT CIF | $65.57 | $65.67 | - | $65.71 | $64.12 | $65.27 |
Azeri Light FOB Ceyhan | $63.57 | $63.66 | - | $63.92 | $62.28 | $63.36 |
Urals (EX NOVO) | $33.53 | $33.68 | - | $33.71 | $31.89 | $33.20 |
Dated Brent | $62.51 | $62.51 | - | $62.56 | $60.98 | $62.14 |
Qeyd edək ki, 31 dekabr Böyük Britaniyada qeyri-iş günü (Yeni ililə əlaqədar) olunduğundan həmin tarix üzrə göstəriciləraçıqlanmayıb.