Ajans.az xəbər verir ki, yeni enerji ilə işləyən avtomobillər (elektromobil və hibridlər) satışların 57%-ni təşkil edib. Dekabrda bu seqmentdə satış 1,3 milyon ədədə çatıb. İxracda da güclü artım qeydə alınıb – 46% artımla 588 min avtomobil ixrac olunub. Tesla Şanxay zavodundan 97 min avtomobil yerli bazara, 3,3 min ədəd isə ixraca yönəldib.
2026-cı ilə Çin avtomobil bazarının ehtiyatlı, lakin sabit başlanğıc edəcəyi gözlənilir. CPCA satışların ilin əvvəlində artacağı, ortada yavaşlayacağı, ilin sonuna doğru isə yenidən canlanacağını proqnozlaşdırır.