AZ

Çində avtomobil satışları azalıb

Çində avtomobil satışları dekabr ayında illik müqayisədə 14% azalaraq 2,26 milyon ədədə düşüb. Bu, tələbatın zəiflədiyi şəraitdə 2026-cı ilin də çətin keçəcəyinə işarədir. İl ərzində isə satışlar 3,8% artaraq 23,7 milyon ədəd olub.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, yeni enerji ilə işləyən avtomobillər (elektromobil və hibridlər) satışların 57%-ni təşkil edib. Dekabrda bu seqmentdə satış 1,3 milyon ədədə çatıb.

 

İxracda da güclü artım qeydə alınıb - 46% artımla 588 min avtomobil ixrac olunub. Tesla Şanxay zavodundan 97 min avtomobil yerli bazara, 3,3 min ədəd isə ixraca yönəldib.

2026-cı ilə Çin avtomobil bazarının ehtiyatlı, lakin sabit başlanğıc edəcəyi gözlənilir. CPCA satışların ilin əvvəlində artacağı, ortada yavaşlayacağı, ilin sonuna doğru isə yenidən canlanacağını proqnozlaşdırır.

Seçilən
32
3
day.az

4Mənbələr