Tərtərdə ötən gecə baş verən qəza zamanı polis əməkdaşı ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayon ərazisində baş verib.
Hərəkətdə olan "VAZ 2107" markalı avtomobil qarşıdan gələn traktora çırpılıb. Baş verın qəza zamanı "VAZ 2107"-in sürücüsü, Tərtər Rayon Polis Şöbəsinin Elman adlı əməkdaşı hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.