Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzi bazarında atışma baş verib, ata və oğlu yaralanıb.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, silahlı insident qızıl mağazasında qeydə alınıb.
Onların hər ikisi xəstəxanaya çatdırılıb və təcili əməliyyat olunub. Atanın vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.