AZ

Tehranda əhaliyə “çölə çıxmayın” xəbərdarlığı edildi

Tehranda əhaliyə “çölə çıxmayın” xəbərdarlığı edildi

Tehran prokuroru Əli Salehi vətəndaşlara çölə çıxmamaq barədə xəbərdarlıq edib.

İran dövlət televiziyasının məlumatına görə, Tehran prokuroru Əli Salehi xüsusilə paytaxtdakı küçələrin təhlükəli olduğunu vurğulayaraq bildirib: “Düşmənin muzdlu qüvvələri etirazlarda iştirak edənləri öldürür. Çölə çıxmayın”.

Salihi etirazlarda iştirak edən hər kəslə mübarizə aparılacağını qeyd edib və soyuq silah (kəsici, deşici alətlər) daşıyanların da atıcılı silah daşıyanlar kimi cəzalandırılacağını bildirib.

O “Silahlılara heç bir halda dözümlülük göstərməyəcəyik. Onlar müharibə cinayəti ilə məhkəmə qarşısına çıxarılacaqlar. Vətəndaşlarımızın təhlükəsizliyi bizim qırmızı xəttimizdir. Terrorçulara qarşı mübarizəmiz çəkindirici olacaq” deyə əlavə edib.

Salehi həmçinin dünən gecə Tehranda baş verən hadisələrin böyük dağıntılara səbəb olduğunu qeyd edib.

Bundan başqa, Tehrandakı bütün məktəblər həftəsonuna qədər məsafədən təhsilə keçməyi qərara alıb.

Seçilən
51
3
afn.az

4Mənbələr