Rusiya müharibənin 1416-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 108 206 PUA-sı, 645 zenit-raket kompleksi, 27 020 tank və digər zirehli texnikası, 1 637 reaktiv yaylım atəş sistemi, 32 463 artilleriya və minaatanı, 51 287 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.