Rusiya müharibənin 1415-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 108 177 PUA-sı, 644 zenit-raket kompleksi, 26 992 tank və digər zirehli texnikası, 1 637 reaktiv yaylım atəş sistemi, 32 445 artilleriya və minaatanı, 51 197 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.