Bakı.Trend:
Son zamanlar sosial şəbəkələrdə müzakirə olunan 5.53məlumatverici yol nişanı ilə bağlı diqqətə çatdırmaq istərdim ki,bu nişanla təchiz edilmiş yolayrıclarında nəqliyyat vasitələrinindavamlı şəkildə sağa dönməsinə icazə verilir.
Bunu Trend-əaçıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) HərəkətinTəhlükəsizliyinin Təbliği Şöbəsinin rəisi, polis polkovnikleytenantı Rövşən Tağıyev deyib.
O, bildirib ki, sözügedən yol nişanı hərəkətin fasiləsizliyinintəmin edilməsi, süni tıxacların qarşısının alınması və yolunburaxıcılıq qabiliyyətinin artırılması məqsədi ilə tətbiqolunur.
“Eyni zamanda xüsusi olaraq vurğulanmalıdır ki, 5.53 yol nişanısürücüyə üstünlük hüququ vermir. Bu nişanın mövcudluğu sağa dönənsürücünü digər yol hərəkəti iştirakçıları qarşısında məsuliyyətdənazad etmir və diqqətli davranmaq öhdəliyini aradan qaldırmır. “Yolhərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinəuyğun olaraq, 5.53 nişanı tətbiq edilmiş yolayrıcında sağa dönənsürücü yolayrıcına digər istiqamətlərdən hərəkət edən nəqliyyatvasitələrinə, eləcə də dönmə zamanı hərəkətinə icazə verilmişpiyadalara mütləq şəkildə yol verməlidir. Bu tələblərə riayətolunması yolayrıclarında qəza riskinin azaldılmasına və ümumihərəkətin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir”.
Qurum rəsmisi əlavə edib ki, yol nişanlarının düzgün anlaşılmasıvə onların tələblərinə əməl edilməsi yollarda qarşılıqlı hörmətin,nizamlı hərəkətin və ən əsası insan həyatının qorunmasının əsasşərtlərindən biridir.