AZ

“RoPax” gəmisi üzrə işlər son mərhələdədir

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan ASCO-nun yerləşdirdiyi sifarişəsasında Bakı Gəmiqayırma Zavodunda inşa edilən üçüncü “RoPax”tipli gəmi-bərə üzrə işlər qrafikə uyğun olaraq davametdirilir.

Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.

Bildierilib ki, layihə çərçivəsində gəminin əsas gövdəsi üzrəblokların yığılması işləri tamamlanıb. Hazırda boru xətləriquraşdırılır, elektrik sistemləri üzrə kabellər çəkilir. Eynizamanda, havalandırma sistemlərinin montajı, mexanikiavadanlıqların quraşdırılması, yaşayış sahələrində izolyasiya,kabinlərin ayrılması kimi proseslər icra olunur.

Layihədə əvvəlki analoji “RoPax” gəmiləri ilə müqayisədə birsıra yeniliklər nəzərdə tutulub. Bunlara təsərrüfat təyinatlı üçtonluq bir ədəd kranın quraşdırılması, sıxılmış hava sistemi üçünəlavə saxlanc çənlərinin yerləşdirilməsi, soyuducu konteynerlərüçün elektrik qidalanma sisteminin yaradılması daxildir.

Bundan başqa, yeni gəmidə alt yük bölməsi üzrə təhlükəli qazaşkarlama sistemi və köpüklü yanğınsöndürmə sistemi üzrə əlavə birədəd yanğınsöndürmə tuşlayıcısı quraşdırılacaq. Eyni zamanda,bərədə dəmiryolu xətlərinin avtomatik keçirilmə sisteminin tətbiqi,yük platforması üzərində tormozlama sisteminin qurulması da nəzərdətutulub. Baş mühərrik otağında isə əlavə soyutma sistemi, iki ədədservis qapağı və iki ədəd xidməti kran quraşdırılacaq.

Bununla yanaşı, layihədə bəzi texniki həllər əvvəlki gəmilərləmüqayisədə optimallaşdırılıb. Belə ki, sərnişin liftininquraşdırılmasından imtina edilib. Arxa köməkçi sükan qurğusu isələğv olunaraq, əvəzində ön köməkçi sükan qurğusunun gücü 350kVt-dan 545 kVt-a çatdırılıb.

Bundan öncə istismara verilən eynitipli “Azərbaycan” və “ZərifəƏliyeva” gəmi-bərələri kimi, yeni gəmi-bərənin də maksimal sürəti14 uzel, uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü isə 7.5 metrtəşkil edəcək. Daşıma qabiliyyətinə gəlincə, bu gəmi-bərə də eynivaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yükavtomobili/TIR qəbul etmək imkanına malik olacaq.

Yeni gəmi ASCO-nun donanmasının müasirləşdirilməsi və ölkəmizintranzit potensialının artırılması baxımından xüsusi əhəmiyyət kəsbedir. Digər gəmilər kimi, bu “RoPax” tipli gəminin də Xəzər dəniziüzərindən həyata keçirilən yük və sərnişin daşımalarında, ocümlədən Orta Dəhliz üzrə nəqliyyat əməliyyatlarında istismarıplanlaşdırılır.

Məqalədə:
Seçilən
59
6
az.trend.az

8Mənbələr