
Bu gecə Rusiya ordusunun Ukraynaya hava zərbəsi zamanı ümumilikdə 242 dron, 13 ballistik raket, o cümlədən orta mənzilli “Oreşnik” ballistik raketi, həmçinin, 22 qanadlı raket istifadə edilib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
“Adi mülki infrastruktur və enerji obyektlərindən əlavə, bu gecə Rusiya dronu Qətər səfirliyinə də zərər vurub. Bu ölkə çoxsaylı vasitəçilik fəaliyyəti ilə tanınır — Rusiya həbsxanalarında saxlanılan hərbi əsirlər və mülki şəxslərin azad olunmasına çalışır”, - Zelenski qeyd edib.