ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.
Daha əvvəl MOİK-in futbolçusu Seyxan Fərəcovun “İmişli”dən təklif aldığını, lakin “hərbçilər”in bombardirini itirmək istəmədiyindən qarşı tərəfə “yox” cavabı verdiyini yazmışdıq.“Football-plus.az”ın əldə etdiyi məlumata görə, komandanın daha iki futbolçusu premyer-liqa təmsilçisinin diqqətini cəlb edib. Söhbət Mehrac Baxşalı ilə Zeynəddin Abdurahmanovdan gedir. Hər iki oyunçunu transfer etmək istəyən klub “Karvan-Yevlax”dı. Ancaq hələ tərəflər arasında danışıqlar yekunlaşmayıb.Xatırladaq ki, 1-ci liqada çıxış edən MOİK qış fasiləsinə 14 xalla 6-cı sırada yollanıb. “Hərbçilər” lider “Şəfa”dan 16 xal geridədi.KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.