AZ

MOİK-in daha iki futbolçusu elita klubunun hədəfində... – onlar da Seyxanın taleyini yaşayacaq?

Daha əvvəl MOİK-in futbolçusu Seyxan Fərəcovun “İmişli”dən təklif aldığını, lakin “hərbçilər”in bombardirini itirmək istəmədiyindən qarşı tərəfə “yox” cavabı verdiyini yazmışdıq.

“Football-plus.az”ın əldə etdiyi məlumata görə, komandanın daha iki futbolçusu premyer-liqa təmsilçisinin diqqətini cəlb edib. Söhbət Mehrac Baxşalı ilə Zeynəddin Abdurahmanovdan gedir. Hər iki oyunçunu transfer etmək istəyən klub “Karvan-Yevlax”dı. Ancaq hələ tərəflər arasında danışıqlar yekunlaşmayıb.

Xatırladaq ki, 1-ci liqada çıxış edən MOİK qış fasiləsinə 14 xalla 6-cı sırada yollanıb. “Hərbçilər” lider “Şəfa”dan 16 xal geridədi.

KƏNAN BAHADIR

Seçilən
90
1
football-plus.az

2Mənbələr