AZ

Niyə tez yoruluruq?

Son zamanlar insanlarda yorğunluq halının çox olduğu müşahidə edilir.

Təbii ki, bu yorğunluq onların iş və özəl həyatlarına da  mənfi təsir göstərir. 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki,  xroniki yorğunluğun əsas səbəbi D vitamini çatışmazlığıdır:

 "Ümumiyyətlə, yorğunluğun səbəbləri çoxdur. Buna natamam qidalanma, D vitamini çatışmazlığı, müxtəlif xəstəliklər, yanaşı xəstəliklər səbəb ola bilər. Xroniki yorğunluq daha çox vitamin - D əskikliyinə görə yaranır. Daimi və fiziki yorğunluq hiss edənlərin ilk növbədə vitamin - D səviyyələrini yoxlatmaları məqsədəuyğundur. Xroniki yorğunluğun göstəriciləri zəiflik, halsızlıq, əhval-ruhiyyənin aşağı düşməsi, yuxuya meyillilik, fiziki və psixi, yəni əqli aktivliyin, koqnitiv funksiyaların enməsidir”.

Sevinc

Seçilən
22
hit.az

1Mənbələr