Bakı.Trend:
Paytaxt sakini polisə müraciət edərək tanışının ondan hədə-qorxuyolu ilə pul tələb etdiyi barədə məlumat verib.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən Xətai rayonundakeçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlıC.Mikayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkənikəsici-deşici alətlə hədələyib və bu yolla ondan bir müddət əvvəlverdiyi 350 manatı tələb edib.
Nərimanov rayonunda isə zərərçəkənin yolun kənarında saxladığıqapısı açıq qalmış “SangYong” markalı avtomobildən 1500 manatdəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən,əvvəllər eyni əmələ görə məhkum olunmuş 20 yaşlı Ş.Mahmudov dapolis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.