AZ

Bakıda hədə qorxu ilə pul tələb edən şəxs saxlanılıb

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Paytaxt sakini polisə müraciət edərək tanışının ondan hədə-qorxu yolu ilə pul tələb etdiyi barədə məlumat verib.

APA-nın məlumatına görə, polis əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı C.Mikayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs zərərçəkəni kəsici-deşici alətlə hədələyib və bu yolla ondan bir müddət əvvəl verdiyi 350 manatı tələb edib.

Nərimanov rayonunda isə zərərçəkənin yolun kənarında saxladığı qapısı açıq qalmış “SangYong” markalı avtomobildən 1500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 20 yaşlı Ş.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
11
apa.az

10Mənbələr