AZ

Masallı sakini əməliyyat zamanı öldü - Səbəb açıqlandı

Masallıda əməliyyatdan sonra ölən şəxsə dair Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, onu yanvarın 7-də təcili tibbi yardım briqadası hospitalizasiya edib.

Ona dəqiqləşdirilməmiş hipotenziya diaqnozu təyin edilib. Pasiyentə dərhal tibbi yardım göstərilib və instrumental müayinələr aparılıb. İnstrumental müayinə nəticəsində pasiyentin qarın boşluğunda sərbəst maye olması müəyyən edilib və dərhal əməliyyat blokuna alınıb.

Cərrahi əməliyyat zamanı dalağın qopması və dağılması, qaraciyərin coxsaylı cırılmış yaraları, sol böyrəyin qopması, qarın boşluğunda təxminən 4,5 litrə yaxın sərbəst maye (qan) diaqnozu müəyyən edilib. Aparılan reanimasia tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 7 yanvar saat 16:40 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb..


Telegram kanalımız
Seçilən
93
11
yenisabah.az

10Mənbələr