AZ

Masallı sakini əməliyyat zamanı ölüb - Yenilənib 

Yanvarın 7-də halsızlıq və soyuqdəymə şikayətləri ilə 1992-ci il təvəllüdlü şəxs (kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım briqadası tərəfindən hospitalizasiya olunub...

Bu barədə Masallı Rayon Mərkəzi Xəstəxanasını məlumat verilib.

"Ona dəqiqləşdirilməmiş hipotenziya diaqnozu təyin edilib. Pasiyentə dərhal tibbi yardım göstərilib və instrumental müayinələr aparılıb. İnstrumental müayinə nəticəsində pasiyentin qarın boşluğunda sərbəst maye olması müəyyən edilib və dərhal əməliyyat blokuna alınıb.

Cərrahi əməliyyat zamanı dalağın qopması və dağılması, qaraciyərin coxsaylı cırılmış yaraları, sol böyrəyin qopması, qarın boşluğunda təxminən 4,5 litrə yaxın sərbəst maye (qan) diaqnozu müəyyən edilib. Aparılan reanimasia tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 7 yanvar saat 16:40 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb", məlumatda deyilir.

***

Masallıda xəstə əməliyyat zamanı ölüb.

Poliqon xəbər verir ki, hadisə yanvarın 7-də baş verib. Mollahəsənli kənd sakini 1992-ci il təvəllüdlü Nəriman Bağırzadə daxili qanaxma ilə xəstəxanaya yerləşdirilib və əməliyyat zamanı orada ölüb.

Araşdırmalar aparılır.

Poliqon.info

 

Seçilən
52
11
poliqon.info

10Mənbələr