AZ

Azərbaycan Avropaya ilbiz məhsulları ixracına başlayır

Yazını böyüt
Yazını kiçilt

Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə məhsul ixrac edəcək.

Bu barədə Hafta.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Avropa İttifaqının TRACES (Trade Control and Expert System) elektron platformasında müvafiq siyahıya daxil edilib.

Qeyd edək ki, daha öncə Avropaya dəri, kürü və qurbağa ayağı məhsullarının ixracına icazə alınıb.

Seçilən
69
7
hafta.az

10Mənbələr