AZ

Azərbaycan Avropaya ilbiz məhsullarının satışına başlayır

Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı (Aİ) ölkələrinə məhsul ixrac edəcək.

Bu barədə FED.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Aİ-nın TRACES (Trade Control and Expert System) elektron platformasında müvafiq siyahıya daxil edilib.

Daha öncə Avropaya dəri, kürü və qurbağa ayağı məhsullarının ixracına icazə alınıb.

Seçilən
63
1
fed.az

10Mənbələr