AZ

Kişi spirtli içkidən zəhərlənib öldü

Bakıda spirtli içkidən zəhərlənən şəxs vəfat edib.

Redaktor.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.

Belə ki, saat 17 radələrində Buzovna sakini 1988-ci il təvəllüdlü Rəşad İsmayılov yaşadığı evdən spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır (APA).

Seçilən
57
2
redaktor.az

3Mənbələr