Bakıda spirtli içkidən zəhərlənən şəxs vəfat edib.
KONKRET.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Belə ki, saat 17 radələrində Buzovna sakini 1988-ci il təvəllüdlü Rəşad İsmayılov yaşadığı evdən spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. (qafqazinfo)