AZ

QHT sədri: “QHT-lər dilin qorunmasında aktiv rol oynamalıdır”

"İnternet mediası inkişaf edib, lakin burada da Azərbaycan dilinin qaydalarına kifayət qədər riayət olunmur. Səhvlər olur, kim necə istəyirsə, elə yazır. Bu, dilçi alimlərin müdaxiləsini tələb edən problemli sahədir. Sosial şəbəkələr də azad məkandır: burada hər kəs yazır, pozur və ciddi dil səhvlərinə yol verilir".

Bunu Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a bildirib. Onun sözlərinə görə, televiziyalarda da dil baxımından ciddi qüsurlar davam edir:

"QHT-lər, cəmiyyət və hər bir vətəndaş olaraq dil məsələlərinə həssas yanaşmalıdır. Mütaliə mədəniyyətinin inkişafına xüsusi önəm vermək lazımdır. Mütaliəli insanlar, ziyalılar cəmiyyətin ən hörmətli üzvləri olmalıdır. Bu sahədə geniş proqramlar həyata keçirilməlidir. Mütaliə mədəniyyəti inkişaf etdikcə, dil məsələləri də aradan qalxacaq. Eyni zamanda Dilçilik İnstitutunun bu sahədə aktivləşməsinə ehtiyac var. QHT-lər bu məsələdə öz sözünü deməlidir. Bu sahə kifayət qədər intellektual potensiala malikdir və QHT-lər müxtəlif layihələr icra edərək bu məsələləri ictimaiyyətə çatdıra bilərlər".

Seçilən
38
31
qht.az

10Mənbələr