ain.az, Dogru.az saytına istinadən bildirir.
Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunub və 2025-ci il dekabrın 22-dən 2026-cı il yanvarın 7-dək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3 846 məhkum bu qərardan faydalanıb.
Doğru.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə:
1 799 məhkum müəyyən müddətə azadlıqdan məhrumetmə, 1 764 nəfər isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib;
250 nəfərin azadlıqdan məhrumetmə, 33 nəfərin isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb;
Vətən müharibəsində iştirakına görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığı üçün isə 8 nəfər cəzadan azad olunub.
Amnistiya tətbiq olunan şəxslər arasında 367 nəfər böyük ictimai təhlükə törətməyən, 2 992 nəfər az ağır, 487 nəfər isə ağır cinayətlər törətmişdir. Onlardan 3 625-i kişi, 210-u qadın, 11-i isə yetkinlik yaşına çatmayan şəxsdir.
Ədliyyə Nazirliyi bildirir ki, amnistiya aktının icrası davam etdirilir.
DOĞRU.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.