AZ

3 min 846 məhkum barəsində amnistiya aktı tətbiq olunub Ədliyyə Nazirliyi

Sia Az saytına istinadən ain.az xəbər verir.

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı 2025-ci il dekabrın 22-dən 2026-cı il yanvarın 7-dək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3 min 846 məhkum barəsində tətbiq olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, onlardan 1799-u müəyyən müddətə azadlıqdan məhrumetmə, 1764-ü azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrumetmə, 33 nəfərin isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb.

Cəzaçəkmə müəssisələrində cəza çəkənlərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub.

Amnistiya tətbiq olunanlardan 367-si böyük ictimai təhlükə törətməyən, 2 min 992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir.

Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3 min 625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir.

Amnistiya aktının icrası davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
39
sia.az

10Mənbələr