AZ

Yeni nəsil nəzarət-kassa aparatları 28 milyard 162 milyon manat dövriyyəni qeydə alıb - 3,6 MİLYARD MANATLIQ ARTIM

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Marja.az Xidmətə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 110.518 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 28 milyard 162 milyon manat olub ki, bu da 2024-cü illə müqayisədə 3,6 milyard manat, yaxud 14,8 faiz çoxdur.

Seçilən
62
1
marja.az

10Mənbələr