AZ

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 14,8 faiz artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 110.518 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 28 mlrd. 162,0 mln. manat olub ki, bu da 2024-cü illə müqayisədə 3,6 mlrd. manat, yaxud 14,8 faiz çoxdur.

Seçilən
29
5
vergiler.az

10Mənbələr