AZ

FHN: Füzuli və Cəbrayılda yanğının söndürülməsi tədbirləri davam etdirilir - YENİLƏNİB » AzadMedia.az

FHN:

Füzuli və Cəbrayıl rayonları ərazisində yanğınlar qeydə alınıb. Yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində kolluq sahədə başlayıb. Yanğın daha sonra genişlənərək Füzuli rayonunun Mirzənağılılar və Qazaxlar kəndi ərazilərinə də yayılıb. Yerli sakinlərin verdiyi məlumata görə, yanğın genişlənərək Araz çayı boyunca olan sərhəd əraziyə yayılıb.

Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki, Cəbrayıl rayonunun Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən briqadası cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub. Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Seçilən
57
28
azadmedia.az

10Mənbələr