Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazində başlayan yanğın Füzuli rayon Qazaxlar Mirzənağılılar kəndi ərazilərinə yayılıb.
Herbiand.az xəbər verior ki, yanğın İran sərhədi boyunca genişlənir.
Əraziyə FHN-nin Füzuli və Cəbrayıl rayonunun yanğınsöndürən bölməsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.
Məlumata görə, hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.