AZ

Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub

Bakı.Trend:

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) MüşahidəŞurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-inMüşahidə Şurasında yeni təyinatlar həyata keçirilib.

Trend xəbərverir ki, qərara əsasən, İbrahimova Umeyra Fərhad qızı MilliDepozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyinedilib. U.İbrahimova bu təyinata qədər MDM-in Müşahidə Şurasısədrinin müavini vəzifəsində çalışıb və 2023-cü ilin mart ayından07 yanvar 2026-cı il tarixinədək sözügedən vəzifəni icra edib.

U.İbrahimova 7 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub.2008-ci ildə Azərbaycan Dövlət İqtisad UniversitetininMaliyyə-kredit fakültəsində bakalavr təhsilini fərqlənmə ilə başavurub, 2010-cu ildə isə Macarıstanın Budapeşt şəhərində yerləşənMərkəzi Avropa Universitetinin İqtisadiyyat fakültəsini magistrdərəcəsi ilə bitirib. Əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank”ASC-də Xəzinədarlıq departamentində kiçik mütəxəssis kimi başlayıb,2013–2022-ci illərdə bankda müxtəlif vəzifələrdə, o cümlədən Qlobalbazarlar şöbəsinin müdiri kimi çalışıb. Eyni zamanda, 2012–2016-cıillərdə “PAŞA Kapital investisiya şirkəti” QSC-də broker və dilerkimi fəaliyyət göstərib. 2022-ci ilin sentyabr ayında AzərbaycanRespublikasının Mərkəzi Bankında Kapital bazarı fəaliyyətinə dairsiyasət və nəzarət departamentinin direktoru vəzifəsinə təyinolunub.

Həmin tarixli digər qərara əsasən, Ağahüseyn Kamal oğluXudaverdiyev Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədrininmüavini vəzifəsinə təyin edilib. A. Xudaverdiyev 08 may 2023-cü iltarixindən hazırkı təyinata qədər MDM-in İdarə Heyətinin sədrivəzifəsində çalışıb.

A. Xudaverdiyev 21 fevral 1976-cı ildə Bakı şəhərində anadanolub. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanındaDövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi”ixtisasını fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 19oktyabr 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanındaQiymətli Kağızlar üzrə Dövlət Komitəsində Qiymətli kağızlarıntədavülünün tənzimlənməsi departamentində aparıcı mütəxəssis kimibaşlayıb; sonrakı illərdə həmin qurumda baş mütəxəssis, şöbə rəisi,sektor müdiri vəzifələrində çalışıb. 2010-cu ilin aprel ayından2016-cı ilin mart ayınadək QKDK-da Tədavülün tənzimlənməsişöbəsinin müdiri vəzifəsini icra edib. Azərbaycan kapital bazarınıntənzimləmə və qanunvericilik çərçivəsinin hazırlanmasında fəaliştirakına görə bir sıra mükafatlara layiq görülüb, 2016-cı ildədövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb. AzərbaycanRespublikası Prezidentinin 2013-cü il 4 sentyabr tarixli 3118nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalıilə təltif edilib.

Qeyd edək ki, MDM-in korporativ idarəetməsinin daha dagücləndirilməsi, kapital bazarı infrastrukturunun inkişafdinamikasının yüksəldilməsi və depozitar sistemin dayanıqlığınınartırılması istiqamətlərində fəaliyyətin daha da genişləndirilməsiməqsədilə həyata keçirilən bu təyinatlar Mərkəzi Depozitarınidarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir.

Seçilən
77
13
az.trend.az

10Mənbələr