Bakı.Trend:
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) MüşahidəŞurasının 07 yanvar 2026-cı il tarixli qərarına əsasən, ƏlizadəElçin Ağaməmməd oğlu MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyinedilib.
Trend mərkəzəistinadən xəbər verir ki, 1986-cı il iyulun 30-da Bakı şəhərindəanadan olan Elçin Əlizadə, 2007-ci ildə Azərbaycan Dövlət İqtisadUniversitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrəbakalavr, 2009-cu ildə isə həmin universitetdə magistr dərəcəsinialıb.
Əmək fəaliyyətinə 2007-ci ildə PAŞA Bank ASC-də Əməliyyat vəNəzarət şöbəsinin mütəxəssisi kimi başlayan Elçin Əlizadə,2009–2019-cu illərdə Ernst & Young Azərbaycan şirkətində müxtəlifvəzifələrdə çalışıb.
2020-ci ilin iyun ayından etibarən PAŞA Bank ASC-də MaliyyəMenecmenti Departamentinin direktoru vəzifəsində fəaliyyətini davametdirib.
2022-ci ilin sentyabr ayından etibarən AzərbaycanRespublikasının Mərkəzi Bankında Daxili Audit Departamentinindirektoru vəzifəsində çalışmışdır. 2023-cü ilin fevral ayındaİcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri, 2025-ci ildə isə“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının HimayəçilərŞurasının sədri seçilib.
Elçin Əlizadə 2023-cü ilin mart ayından 2026-cı ilin yanvarayınadək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədrivəzifəsində çalışıb.
Yeni təyinat Milli Depozit Mərkəzində institusional idarəetmənindaha da gücləndirilməsinə, maliyyə bazarlarının daha dinamikinkişafına və Mərkəzi Depozitarın strateji hədəflərinin uğurlahəyata keçirilməsinə mühüm töhfə verəcəkdir.