AZ

Salyanda mikroavtobus minik avtomobili ilə toqquşub, 9 nəfər xəsarət alıb

Salyanda minik avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, qəza hadisəsi şəhər ərazisində baş verib.

Hərəkətdə olan “VAZ” markalı avtomobil sərnişin daşıyan mikroavtobusla toqquşub.

Qəza zamanı xəsarət alan rayon sakinləri - mikroavtobusun sürücüsü 1997-ci il təvəllüdlü Hüseynov Röyal Oktay oğlu, 1974-cü il təvəllüdlü Abbasova Zeynəb Absalam qızı, 1976-cı il təvəllüdlü Səmədova Ruhiyyə, 1970-ci il təvəllüdlü Ağayeva Sehranə Mahmud qızı, 1989-cu il təvəllüdlü İsmayılova Gülcənnət Bəxtiyar qızı, 1998-ci il təvəllüdlü Babayev Ağababa Seyran oğlu, 2006-cı il təvəllüdlü Səid Qasımov, 1998-ci il təvəllüdlü Əliyev Əmrah Fərhad oğlu və 1997-ci il təvəllüdlü Qafarov Novruz Surxay oğlu Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
23
anews.az

10Mənbələr